Bakının Qaradağ rayonunda 1989-cu il təvəllüdlü Süleyman keçmiş arvadı Hicrana (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin mayın 16-da baş verib.
Süleyman həmin gün saat 21 radələrində yaşadığı evin qonaq otaqinda keçmiş arvadı Hicran ilə mübahisə edib.
Münaqişə zamanı Süleyman stolun üzərində olan "Redmi 9" markali mobil telefonu götürərək Hicrana tərəf atıb. Bu zaman qadın xəsarət alıb.
Hadisəni törədən Süleymanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Süleyman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Hicran ilə 2014-cü ildə rəsmi nikahla ailə həyatı qurub və həmin nikahdan iki azyaşlı övladları dünyaya gəlib:
“2017-ci ildə rəsmi olaraq Hicranla boşandım. Boşanmağımıza səbəb isə mütəmadi olaraq spirtli içki qəbul etməyim olub. Boşanmağımıza baxmayaraq Hicran ilə eyni evdə yaşayırıq”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Hicran ilə aralarında olan mübahisə onun azyaşlı övladlarının təhsili ilə maraqlanmamağı olub: “Bu səbəbdən Hicran işə getdiyi üçün vaxtının olmadığını, uşaqların təhsili ilə maraqlana bilmədiyini, buna görədə uşaqların təhsildən geri qaldığını dəfələrlə bildirib. Hicran işə getdiyi üçün uşaqları məktəbə mənim aparmalı olduğumu bildirən zaman ona aparmayacağımı dedim. Bu səbəbdən aramızda mütəmadi olaraq sözlə mübahisə baş verib. Hətta məktəbin direktoru övladlarımın məktəbə gəlmədiyi üçün onları məktəbdən çıxardaraq başqa məktəbə göndərib”. Təqsirləndirilən şəxs bildirib ki, sonuncu dəfə mayın 16-da, saat 21 radələrində keçmiş arvadı Hicran ilə bir yerdə yaşadıqları evin qonaq otağında sipirtli içki qəbul edib: “Uşaqların məktəbə aparılması barədə Hicran ilə aramızda yenidən mübahisə yarandı. Mübahisə zamanı Hicran məni söyüb təhqir etməyə başladı. Daha sonramən yenidən Hicrana uşaqları məktəbə aparamasını tələb etdim. Hicran qətiyyətlə aparmayacağını bildirdi. Bir qədər aramızda sözə mübahisə davam etdik”.
Süleyman bildirib ki, daha sonra əsəblərini cilovlaya bilməyib, stolun üzərində olan mobil telefonu götürərək Hicrana tərəf ataraq ona bədən nahiyəsindən xəsarət yetirib: “Atdığımtelefon divara dəyərək Hicranın sifət nahiyyəsinə dəydi. Bu zaman Hicran sifət nahiyəsindən xəsarət aldı. Baş vermiş hadisədən sonra Hicran otaqdan çıxaraq təcili tibbi yardıma müraciət etdi”.
Bu cinayət işinə Qaradağ rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Süleymanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


