Bu gün səhər saatlarından etibarən Qəzza zolağında rabitə və internetin tamamilə kəsildiyi açıqlanıb.
Demokrat.az xəbər verir ki, bu barədə Fələstinin Telekommunikasiya Şirkəti Paltel məlumat yayıb.
Daha əvvəl bağlanmış beynəlxalq şəbəkənin yenidən kəsildiyini bildirən şirkətin məlumatında qeyd olunur:
"Qəzza zolağında bütün rabitə və internet xidmətlərinin tamamilə kəsildiyini təəssüflə bildiririk".
Aysu Demokrat.az


