İkt

"Azərpoçt"un rəhbərliyinə müvəqqəti təyinat oldu

Azərpoçtun rəhbərliyinə müvəqqəti təyinat oldu

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin İdarə Heyətinə (İH) sədr əvəzi təyin olunub.

Demokrat.az xəbər verir ki, şirkətə rəhbərlik İH-nin üzvü İsi Mustafayevə həvalə edilib.

Xatırladaq ki, "Azərpoçt"un sədri Əfqan Cəlilov vəzifəsindən azad olunaraq nazirlik yanında Dövlət Dəniz və Liman Agentliyinin İH-nin sədr müavini təyin edilib. Ona müvəqqəti olaraq Agentliyin sədri vəzifəsinin icrası həvalə olunub.

D
demokrat.az