Çilinin Atakama bölgəsi sahillərində 6,7 bal gücündə zəlzələ baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmət (USGS) məlumat yayıb.
Məlumatda, 6,7 bal gücündə zəlzələnin episentri ölkənin Atakama bölgəsindəki Vallenar şəhərindən 81 kilometr cənub-qərbdə olduğu bildirilib.
İlkin məlumata görə, 41 kilometr dərinlikdə baş verən zəlzələdə can və mal itkisi olmayıb.
Aysu Demokrat.az


