Hadisə

Sankt-Peterburqda azərbaycanlı toyuna BASQIN: 5 nəfər tutuldu

Sankt-Peterburqda azərbaycanlı toyuna BASQIN: 5 nəfər tutuldu

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən restoranların birində baş tutan azərbaycanlıların toy mərasimi hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat səbəbindən qəfil yarımçıq kəsilib.

Demokrat.az Musavat.com-a istinadən bildirir ki, mərasimin keçirildiyi məkana gələn güc strukturları əməkdaşları toyda iştirak edən bütün vətəndaşların sənədlərini yoxlayıblar. Yoxlama nəticəsində 5 nəfərin saxlandığı bildirilir.

Saxlanılan şəxslərin deportasiya olunacaqları gözlənilir.

D
demokrat.az