Şou-biznes

"Niyə verilişlərə gedəndə müğənniyə qonorar verilmir?" — İlqar Muradov

Niyə verilişlərə gedəndə müğənniyə qonorar verilmir? — İlqar Muradov

"Belə forumların keçirilməsi çox böyük dayaq və dəstəkdir. Gələcək nəslin musiqiçilərinin yetişməsində böyük rol olacaq. Televiziyalardakı bayağı mahnılar, bunun qarşısının alınması,çox çətin nüanslar var.

Bu sözləriAxşam.az-a açıqlamasında Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində baş tutanMusiqi Forumunda iştirak edən Xalq artisti İlqar Muradov deyib.

O, verilişlərdə iştirak etməməsinin səbəbini açıqlayıb:

"Səbəb odur ki, gözəl maarifləndirici verilişlər yerinə şouya, əyləncəyə üstünlük verilir. Musiqi ilə bağlı veriliş olmalıdır.Əvvəl dövlət televiziyasında ifalara görə, qonorar alırdıq, indi yoxdur. Televiziyadan hamı pul qazanır qonaqlara qonorara verilmir. Dünyanın heç bir yerində belə şey yoxdur. Bəlkə də mən də tənqid olunacağam, təkcə özümü yox, bütün sənət adamlarını nəzərdə tuturam. Yəqin mərhələ ilə düzələr, hələ heç bir kanala təklif etməmişəm. Tək bununla bitmir, özümü verilişlərdə görmürəm".

NE
Nihadə Eyyubova