Hadisə

Sabirabadda ağır yol qəzasında iki nəfər yaralanıb

Sabirabadda ağır yol qəzasında iki nəfər yaralanıb

Sabirabad rayonunda ağır yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin S. Vurğun küçəsində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı avtomobil digər nəqliyyat vasitəsilə toqquşub.

Qəza nəticəsində Sabirabad rayon sakinləri, 1985-ci il təvəllüdlü Dəmirov Amid Ədalət oğlu və 1966-cı il təvəllüdlü Cabbarov Qiyas Bünyat oğlu xəsarət alıb.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az