Dünya

Qazaxıstanda şaxtada qəza: 16 nəfər öldü — YENİLƏNİB

Qazaxıstanda şaxtada qəza: 16 nəfər öldü — YENİLƏNİB

Qazaxıstanın Karaqanda vilayətində baş vermiş mədən qəzası nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə “ArcelorMittal Temirtau” şirkəti məlumat verib. Xəsarət alanların sayı dəqiqləşdirilir.

08:35

Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada ağır qəza olub.

Demokrat.az xəbər verir ki, hadisəyə səbəb kimi metan qazının partlaması göstərilir.

Nəticədə 11 nəfər həlak olub, 18 nəfər isə yaralanıb.

Çox sayda mədənçinin isə şaxtada qaldığı bildirilir. Hazırda hadisə yerində xilasedicilər işləyir.//Qafqazinfo

D
demokrat.az