21 gündür İsrailin hücumuna məruz qalan Qəzza zolağında ölənlərin sayı artaraq 7 min 326-ya çatıb.
Demokrat.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra məlumat verib.
O bildirib ki, Qəzzada son 24 saatda daha 298 nəfər öldürülüb:
"Bununla da ölənlərin sayı 3 min 38-i uşaq, 1726-sı qadın və 414-ü qoca olmaqla 7 min 326-ya yüksəlib. Yaralıların sayı isə 18 min 967 nəfərə çatıb".
Aysu Demokrat.az


