İranın Cənubi Xorasan əyalətinin Şusif rayonunda 5,3 bal gücündə zəlzələ baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmologiya Mərkəzindən məlumat verilib.
Məlumata əsasən, episentri Cənubi Xorasan əyalətinin Şusif rayonunda olan 5,3 bal gücündə zəlzələ səhər saatlarında qeydə alınıb.
Zəlzələ yerin 10 kilometr dərinliyində baş versə də, hər hansı can itkisi olub-olmadığı ilə bağlı hələlik açıqlama verilməyib.
Aysu Demokrat.az


