Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov Türkiyəyə rəsmi səfərə gedib.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, Süvarilər Berdiməhəmmədovun xidməti avtomobilini Prezident Kompleksinin qarşısındakı küçədə qarşılayıb və prezidenti protokol qapısına qədər müşayiət ediblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Berdiməhəmmədovu Prezident İqamətgahının əsas girişində qarşılayıb.
Ərdoğan və Berdiməhəmmədov mərasim sahəsində yerlərini aldıqdan sonra 21 artilleriya atəşinin müşayiəti ilə iki ölkənin dövlət himnləri səsləndirilib.
Aysu Demokrat.az


