Gündəm Özəl

200 min manatlıq təmir: “Müştəriyə deyirlər ki, iş bitib, ev hazırdır...”

200 min manatlıq təmir: “Müştəriyə deyirlər ki, iş bitib, ev hazırdır...”

Ölkədə təmir-tikinti sektorunda problemlər kifayət qədərdir. İnsanların etibarından istifadə edən şirkətlər və səriştəsiz ustaların da bunda “əməyi” az deyil.

Tikinti üzrə ekspert, memar Muxtar Ərturan Demokrat.az-a açıqlamasında təmir zamanı yol verilən qüsurlardan danışıb:

“Bu barədə bizə xeyli sayda müraciətlər daxil olur. Təmirdən şikayətlər artır. Hətta 200 min manatlıq yatırım edilən mənzildə belə bəsit və gülünc səhvlərlə qarşılaşırıq. Mənzillərin təmirində standartlardan kənara çıxılır. Təmirdən anlayışı olmayan insan da bunu ayırd edə bilər. Kobud səhvlərə yol verilir. Divara güzgü vurulur, onun işıqlandırılması isə sonradan yada düşür, divarı yenidən söküb, elektrik işləri aparırlar. Divara baxan kimi malakeşin işini hansı səviyyədə gördüyünü bəlli etmək olar. Hələ evdə yaşayış başlamamış divarların küncündə problemlər ortaya çıxır. Astar işini belə normal görmürlər.

200 min manatlıq təmir: “Müştəriyə deyirlər ki, iş bitib, ev hazırdır...”

Mebelləri də tələsik quraşdırırlar ki, qüsurlarını gizlətsinlər. Qapılar əyri quraşdırılır, ona görə də açıb-bağlayarkən sürtünür. Sanitar otaqları və texniki otaqlarda öncə keremoqranit vurulmalıdır, daha sonra alçipan. Alçipan natamam vurularsa, qapı tavana dəyir və həmin hissə ağarır. Tavan tam hazır olmamış işıq spotlarını quraşdırırlar. Müştəriyə də deyirlər ki, təmir bitib, ev hazırdır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova