Hadisə Özəl

Zəncirvari qəza: 23 nəfər yaralandı

Zəncirvari qəza: 23 nəfər yaralandı

Türkiyədə sərnişin avtobusu və 3 minik avtomobilinin iştirakı ilə baş verən zəncirvari yol qəzasında 23 nəfər xəsarət alıb.

Demokrat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin Ərzurum vilayətində baş verib.

Əraziyə çoxlu sayda təcili tibbi yardım və polis qrupları göndərilib.

Yaralılar qısa müddət ərzində xəstəxanaya yerləşdirilib. Faktla bağlı polis tərəfindən araşdırmalara başlanılıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova