Hadisə

Qəbələdə piyadanı avtomobil vurub

Qəbələdə piyadanı avtomobil vurub

Qəbələdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə nəticəsində Zarağan kənd sakini, 1980-ci il təvəllüdlü İsmayılov Elnur Təmraz oğlu ağır xəsarətlər alıb.

Təcili tibbi yardım göstərilən şəxs Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.//APA

D
demokrat.az