Türkiyədə həyata keçirilən əməliyyatlar zamanı qeyri-qanuni yollarla xaricə getməyə çalışan 119 nəfər miqrant saxlanılıb.
Demokrat.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Bildirilib ki, qeyri-qanuni immiqrasiyanın qarşısının alınması və immiqrant qaçaqmalçılığı ilə mübarizə çərçivəsində Bodrum, Datça, Ortaca, Köyceğiz, Milas və Marmaris rayonlarında jandarma qrupları tərəfindən əməliyyat keçirilib.
Aparılan işlər zamanı 119 miqrant tutulub.
Eyni zamanda miqrant qaçaqmalçılığı ilə məşğul olduqları iddia edilən 2 şübhəli həbs edilib.
Aysu Demokrat.az


