Türkiyədə sərnişin avtobusunun aşması nəticəsində 38 nəfər xəsarət alıb.
Demokrat.az xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.
Bildirilib ki, hadisə ölkənin Kayseri vilayətində baş verib.
Bölgəyə çoxlu sayda təcili tibbi yardım, xilasetmə və polis qrupları göndərilib.
Hadisə yerinə gələn qruplar avtobusun şüşələrini sındıraraq sıxışan sərnişinləri xilas edib.
Yaralılar xəstəxanalara çatdırılıb. Qəzanın təfərrüatları araşdırılır.
Aysu Demokrat.az


