Banqladeşdə sərnişin qatarı ilə yük qatarının toqquşması ölümlə nəticələnib.
Demokrat.az xəbər verir ki, bu barədə "EuroNews" məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində azı 15 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Hadisə yerində hələ də dağıntılar altında neçə nəfərin olduğu bəlli deyil.
Xilasetmə qrupları ərazidə yaşayan insanların köməkliyi ilə qatar vaqonlarının qalıqları altından sərnişinləri çıxarmaq üçün işləri davam etdirir.
Aysu Demokrat.az


