Hadisə Özəl

Avtomobil dirəyə çırpıldı: 1 ölü, 1 yaralı

Avtomobil dirəyə çırpıldı: 1 ölü, 1 yaralı

Türkiyənin Kahramanmaraş vilayətində idarəetmədən çıxan avtomobil elektrik dirəyinə çırpılıb.

Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsində 1 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb.

Yaralı hadisə yerinə gedən vətəndaşlar və yanğınsöndürmə briqadaları tərəfindən avtomobildən çıxarılaraq xəstəxanaya çatdırılıb.

Qəza ilə bağlı araşdırmalar davam edir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova