Hadisə

Sumqayıt-Bakı elektrik qatarında problem yarandı - VİDEO

Sumqayıt-Bakı elektrik qatarında problem yarandı - VİDEO

Gecədən yağan güclü yağışBakıda bir çox problemlər yaradıb.

Əlverişsiz hava şəraiti Azərbaycan Dəmir Yollarının işinə də mənfi təsir göstərib.

Belə ki, Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarının fəaliyyətində problem yaranıb.

Sumqayıtdan Bakıya yola düşən qatar hardasa 80 dəqiqəyə mənzilbaşına çatıb. Yəni Sumqayıtdan paytaxta ilk qatar saat 07:37-də çatmalı olduğu halda saat 08:17-də çatıb.

Qatar bir neçə dəfə yolda dayanıb və aşağı sürətlə hərəkət etməli olub.

Bildirilir ki, qatarın gecikməsinə səbəb elektrik xəttinin qırılması və yolda yaranan texniki nasazlıq göstərilir. (Baku.ws)

D
demokrat.az