Şou-biznes

Nura yerli kanalları və serialları tənqid etdi

Nura yerli kanalları və serialları tənqid etdi

Müğənni Nura Suri yerli kanalları və serialları tənqidedib.

Axşam.az xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə paylaşım edib. O, ölkəmizdə çəkilənserialların heç bir məna kəsb etmədiyini bildirib:

"Bizdə çəkilən seriallar bərbaddır. Heç bir mesaj ötürmürlər. Yazılan ssenarilər heç bir məna kəsb etmir.

Məncə Emil Quliyevdən başqa heç kəs serial çəkməsin. Bu günün ən yaxşı rejissorlarından biri, həttabirincisidir.

Ən səviyyəli serial və verilişlər İTV-dədir.

Türklərin “Kırmızı oda”, “İstanbullu gəlin”, “Çukur”, “Möhtəşəm yüz il"kimi seriallarına baxın. Milli mətbəxdən, tarixdən, ailə dəyərlərindən tutmuş musiqilərinə kimi təbliğat aparırlar. Biz niyə edə bilmirik? Niyə?".

NE
Nihadə Eyyubova