Türkiyədə silahlı dava ölümlə nəticələnib.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, hadisə ölkənin paytaxtı Ankarada baş verib.
6 şəxs arasında naməlum səbəbdən mübahisə yaranıb və silahlı qarşıdurmaya çevrilib.
Münaqişə zamanı qardaş olduqları müəyyən edilən 2 şəxs yaralanıb və xəstəxanaya yerləşdirilib.
Yaralılara dərhal müdaxilə edilsə də onları xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


