Dünya Özəl

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

Amerikalı məşhur aktyor Bert Yanq vəfat edib.

Demokrat.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Bildirilib ki, aktyor bu gün 83 yaşında dünyaya gözlərini yumub.

Bert Yanq 1977-ci ildə Silvestr Stallonenin də yer aldığı Rokki filmindəki obrazına görə Oskar mükafatına namizəd olub.

Qeyd edək ki, İtalyan immiqrantı olaraq Nyu Yorkda doğulan və Cerald Tommaso DeLouise adlı gənc 1950-ci illərdə donanmada xidmət edib.

Daha sonra aktyorluq təhsili alan Yanq televiziya və filmlərdə çəkilərək məşhurlaşıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova