Türkiyədə sərnişin avtobusunun sürücüsünə balta ilə hücum edilib.
Demokrat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, hadisə ölkənin İstanbul şəhərində baş verib.
Belə ki, sərnişinlərdən biri avtobus hərəkətdə olarkən sürücüyə balta ilə hücum edib.
Nəticədə sürücü ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı dərhal araşdırmalara başlanılıb və hücumçu polis tərəfindən saxlanılıb.
İstintaq davam etdirilir.
Aysu Demokrat.az


