Dünya Özəl

Pakistan Qəzzaya 100 ton humanitar yardım göndərdi

Pakistan Qəzzaya 100 ton humanitar yardım göndərdi

Pakistan hazırki vəziyyət ilə əlaqədar Qəzzaya 100 ton humanitar yardım göndərib.

Demokrat.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda, tibbi ləvazimat, çadır və ədyaldan ibarət 100 ton humanitar yardım daşıyan təyyarənin İslamabaddan Misirə yola düşdüyü bildirilib.

Həmçinin humanitar yardımın Misir yolu vasitəsilə Qəzzaya göndəriləcəyi qeyd edilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova