Türkiyədə yağışlı hava səbəbindən idarəetmədən çıxan mikroavtobus aşıb.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, hadisə ölkənin Van vilayətində baş verib.
Qəzada 2-si ağır olmaqla,14 sərnişin yaralanıb. Yaralılar hadisə yerinə gələn xilasetmə və jandarma qrupları tərəfindən avtomobildən çıxarılıb.
İlkin müdaxilədən sonra yaralılar xəstəxanaya yerləşdirilib. Qəzanın təfərrüatları araşdırılır.
Aysu Demokrat.az


