İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində daha 2 fələstinlini öldürüb.
Demokrat.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, İsrail qüvvələri toqquşmalar nəticəsində daha 2 fələstinlini öldürüb.
Öldürülən şəxslərin 17 yaşlı Kays Teym Şeleş və 15 yaşlı Halil Muhammed Halil olduğu bildirilib.
Oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahilində İsrail ordusu tərəfindən öldürülən fələstinlilərin sayı 64-ə yüksəlib.
Aysu Demokrat.az


