Gündəm

Xaçatryan sirləri açdı: Plan Xankəndidə hazırlanmışdı...

Xaçatryan sirləri açdı: Plan Xankəndidə hazırlanmışdı...

Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın məhkəməsi davam edir.

Demokrat.az xəbər verir ki, iclasda Xaçatryan zərərçəkmiş şəxslərdən birinin ifadəsinə münasibət bildirərkən Meşəli kəndinə hücum planının Xankəndidə hazırlandığını deyib.

O vurğulayıb ki, hücum edənlər Ermənistandan, xaricdən gələnlər, həmçinin Daşnaksütyun Partiyasının üzvləri olublar.

“Dəstənin başçıları Xankəndidən idi. Amma adlarını bilmirəm. Ancaq bizim kənddən iştirak edənləri tanıyıram”, - Xaçatryan qeyd edib.

Xaçatryan həmin hadisələrdə iştirak etmədiyini iddia edib. Prosesdə ifadə verən zərərçəkmişlər isə Vaqif Xaçatryanı tanıdıqlarını, Meşəlidə cinayət törədənlərədn birinin də o olduğunu bildiriblər.

D
demokrat.az