Türkiyədən qanunsuz yolla Yunanıstana qaçmağa çalışan 6 şübhəli saxlanılıb.
Demokrat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata əsasən, ölkənin Ədirnə vilayətində Jandarma İdarəsi tərəfindən əməliyyat keçirilib.
Əməliyyat nəticəsində Yunanıstana qaçmağa çalışan 6 nəfər tutulub.
İlkin araşdırmalar zamanı saxlanılan şəxslərin Fətullahçı Terror Təşkilatı (FETÖ)ilə əlaqədə olduğu öyrənilib.
Araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


