Dünya Özəl

Bayden İraqın Baş naziri ilə DANIŞDI

Bayden İraqın Baş naziri ilə DANIŞDI

ABŞ Prezidenti Co Bayden və İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani arasında telefon danışığı baş tutub.

Demokrat.az xəbər verir ki, bu barədə "Ağ Ev"in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Prezident Bayden və Baş nazir Sudani telefon danışığında İsrail-Fələstin münaqişəsini müzakirə ediblər.

İki lider Qəzzada pisləşən humanitar böhranın BMT və yerli tərəfdaşlarla həll edilməsinin vacibliyini vurğulayıblar.

Eyni zamanda, ABŞ və İraqın regional sabitliyin davam etdirilməsi üçün əməkdaşlıq içində hərəkət etmələri barədə razılıq əldə ediblər.

Aysu Demokrat.az

D
demokrat.az