Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin məhkəmədə təmsil olunan prokurorların suallarını cavablandırıb.
Demokrat.az-ın məlumatına görə, prokurorların suallarını cavablandıran təqsirləndirilən şəxs deyib ki, hadisılər cərəyan edən vaxt Xocalının Padar kəndində yaşayıb, sürücü işləyib.
O, bildirib ki, guya onun həmin dövrdə heç bir silahı olmayıb.
Onun sözlərinə görə, Meşəli kəndində hadisələr baş verən zaman o Padar kəndində evində olub.
Prokurorun "Meşəli kəndində faciəli hadisələrin baş verməsini kimlərdənsə eşidibsiz?" sualına belə cavab verib:
"Həmin vaxt silah səsləri eşitmişəm, amma kimsə bu barədə mənə heç bir söz deməyib".
Onun sözlərinə görə, Sərkisyan Ernist hadisələr haqqında ona danışıb:
"Mənə məlum olan bu hadisəni törədən şəxslərin çoxu ölüb, qalanlar isə Ermənistana qaçıblar".
Xankəndində saxlanılan Məmməd Kazımov və Zakir Novruzovu Meşəli kəndinin sakinləri kimi tanıyıb.
İşgəncə görən Nurməmmədov İbrahimi tanıyıb, həmin şəxs onun qardaşının kirvəsi olub.
Daha sonra zərərçəkmiş Nurməddımov İbrahim Vaqif Xaçaturyana suallar verib.
Bundan sonra Vaqif Xaçaturyan vəkilinin suallarını cavablandırıb.
Başqa bir zərərçəkmiş Nemət Rəcəbov Meşəli hadisələri zamanı Vaqif Xaçaturyan necə yaşı olduğunu deyib.
Zərərçəkmiş "Vaqif qranatı ver, podvalda adam var", "Qranat Vaqif kimi tanınan neçə Vaqif var idi?", "Məni tanıdın?Kamalın oğluyam, polis serjantı" deyə suallar ünvanlanıb.
Vaqif Xaçaturyan həmin zərərçəkmişi tanıdığını deyib.
Digər zərərçəkmişlərin də bəzilərini tanıdığını, onların kənd sakinləri olduğunu bildirib.
Fariz Məlikli Demokrat.az


