Müğənni Rüfət Axundovaqarşı dələduzluq edilib.
Axşam.az xəbər verir ki, bu barədə sənətçi "Xəzər axşamı" verilişində danışıb. Rüfət 5 il əvvəltikinti ilə məşğul olan bir şəxsin ondan böyük məbləğdə pul aldığını və hələ də qaytarmadığını bildirib:
"HazırdaDaxili İşlər Nazirliyi araşdırma aparır. Yəqin ki, tezliklə öz həllini tapar. Ev tikintisi iləbağlıdır. 2018-ci ildən bəri bu məsələ davam edir. Çox adam həmin şəxsi tanıyır, ölkədədir.Məbləğ böyükdür, qədərini isə açıqlamaq istəmirəm. İnanıram ki, polisəməkdaşları bu məsələyəçarə tapacaqlar".


