Türkiyədə minik avtomobili ilə evakuator toqquşub.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata əsasən, hadisə ölkənin Tokat vilayətində baş verib.
Qəza nəticəsində 2-si xarici ölkə vətəndaşı olmaqla 4 nəfər xəsarət alıb.
Əraziyə təcili tibbi yardım və xilasetmə qrupları gəlib.
Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisənin təfərrüatları araşdırılır.
Aysu Demokrat.az


