Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu həftə Şimali Koreyaya rəsmi səfər edəcək.
Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Bildirilib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 18-19-da Şimali Koreyaya rəsmi səfər edəcək.
Səfər çərçivəsində həmçinin Lavrov Şimali Koreyalı həmkarı Ço Son-hui ilə də görüşəcək.
Qeyd edək ki, Şimali Koreya Xarici İşlər Nazirliyinin dəvəti ilə baş tutacaq səfərlə bağlı ətraflı məlumat paylaşılmayıb.
Aysu Demokrat.az


