Meksikada "Lidiya" qasırğası Xalisko əyalətində 2 nəfərin ölümünə səbəb olub.
Demokrat.az xəbər verir ki, bu barədə xarici media orqanları məlumat yayıb.
Bildirilib ki, ölkədə 4-cü kateqoriya səviyyəsinə çatan Lidiya qasırğası 200 evə ziyan vurub, bəzi magistral yolların bağlanmasına səbəb olub.
Səlahiyyətlilər tərəfindən verilən açıqlamada, qasırğada 2 nəfərin həyatını itirdiyi, mülki müdafiə qüvvələrinin və yanğınsöndürmə briqadasının şəxsi heyətinin qasırğadan zərər çəkənlər üçün dayanmadan çalışdığı bildirilir.
Aysu Demokrat.az


