Türkiyədə polisin evə basqını zamanı 31 miqrant tutularaq deportasiya edilib.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata əsasən, ölkənin Bursa vilayətində Polis Şöbəsi qrupları tərəfindən aparılan kəşfiyyat zamanı bir evdə miqrantların gizləndiyi öyrənilib.
Polis göstərilən ünvana basqın edib, basqında Suriya vətəndaşı olduğu müəyyən edilən 31 miqrant tutulub.
Saxlanılanlar Miqrasiya İdarə Müdirliyinə aparılaraq deportasiya edilib.
Aysu Demokrat.az


