Region Özəl

Mebel anbarında yanğın baş verdi

Mebel anbarında yanğın baş verdi

Türkiyədə mebel anbarında naməlum səbəbdən yanğın baş verib.

Demokrat.az xəbər verir ki, hadisə ölkənin Mersin vilayətində baş verib.

Alov sürətlə böyüyərək anbarın yuxarı mərtəbəsindəki iki mənzilə keçib.

Hadisə yerinə göndərilən yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın nəzarət altına alınıb.

Qeyd edək ki, hadisə nəticəsində 1 yanğınsöndürən yaralanıb. Təfərrüatlar araşdırılmağa davam edir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova