Dünya Özəl

Yunanıstanda virusdan ölənlərin sayı 20-yə çatdı

Yunanıstanda virusdan ölənlərin sayı 20-yə çatdı

Bu il Yunanıstanda Qərbi Nil virusundan 20 nəfərin öldüyü bildirilib.

Demokrat.az xəbər verir ki, bu barədə Yunanıstan Milli İctimai Səhiyyə Təşkilatı (EODY) məlumat yayıb.

Məlumatda, virusun ölkənin müxtəlif bölgələrində 20 nəfərin ölümünə səbəb olduğu bildirilib.

Son bir həftədə 5 yeni xəstəliyə diaqnoz qoyulduğu qeyd edilən açıqlamada ağcaqanadlardan fərdi qorunmanın vacibliyi vurğulanıb.

Virusun xüsusilə Kardiça, Larissa, Trikala, İmathia, Saloniki, Pela, Pieria, Kilkis, Serres, Halkidiki, Kavala, Drama, Rodop, Xanthi, Meriç, Kastoria, Arta və Ioannina bölgələrində aşkar edildiyi bildirilib.

Aysu Demokrat.az

D
demokrat.az