İspaniyanın Viqo şəhərində yaşayış binasında güclü yanğın baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata əsasən, yanğın nəticəsində 3-ü uşaq olmaqla 4 nəfər həyatını itirib.
Binadan təxliyə edilən 9 nəfər xəstəxanaya yerləşdirilib, xəsarət alan 3 nəfərin vəziyyətinin ağır olduğu bildirilib.
Qeyd edək ki, bölgədə həyatını itirənlər üçün 3 günlük matəm elan edilib.
Aysu Demokrat.az


