Dünya Özəl

Məşhur modeldən İsrail-HƏMAS müharibəsinə REAKSİYA

Məşhur modeldən İsrail-HƏMAS müharibəsinə REAKSİYA

Dünyaca məşhur Fələstin əsilli amerikalı model Gigi Hadid İnstaqram hesabında İsrail-Həmas münaqişəsi ilə bağlı açıqlama verib.

Demokrat.az xəbər verir ki, bu barədə xarici media orqanları məlumat yayıb.

Məlumata əsasən, məşhur model instaqram hesabında uzun bir yazı paylaşaraq, qarşıdurmalarda həlak olan günahsız fələstinliləri və israilliləri yad edib.

O həmçinin terror aktlarının Fələstinin mübarizəsinə zərər verdiyini bildirib.

Qeyd edək ki, Gigi Hadid şənbə günündən bəri baş verən ağır toqquşmalarla bağlı açıqlama versə də, bacısı Bella Hadid susub.

Aysu Demokrat.az

D
demokrat.az