Gündəm Özəl

“Proses 2024-cü ildə də davam edəcək” — Zəlzələlər niyə artıb?

“Proses 2024-cü ildə də davam edəcək” — Zəlzələlər niyə artıb?

Dünyada zəlzələlər artır. Cari ildə bir neçə dağıdıcı zəlzələnin şahidi olduq. Bu günlərdə Əfqanıstanda ard-arda güclü zəlzələr baş verir.

Azərbaycanın Elm və Təhsil Nazirliyinin nəzdindəki Geologiya və Geofizika İnstitutunun Seysmologiya və Seysmik Təhlükə şöbəsinin struktur bölməsinin müdiri Qulam Babayev Demokrat.az-a zəlzələlərin artmasının səbəblərindən danışıb:

“Bütün dağıdıcı zəlzələlər səthə yaxın baş verir və maqnitudası güclüdür. Yerin müəyyən hissəsində tektonik aktivləşmə yaşanır, plitələr aktivləşib. Bu prosesin qarşısı alına bilməz. Zəlzələlərin qısa müddətli proqnozu mümkün deyil. Lakin orta və uzun müddətli proqnozlaşdırma aparıla bilər. Müşahidələrimə əsasən bu dövrilik 2024-cü ildə də davam edəcək”.

“Proses 2024-cü ildə də davam edəcək” — Zəlzələlər niyə artıb?

Seysmoloq bildirib ki, zəlzələlərin dağıdıcı fəsadlarından qorunmaq ancaq bir yolla mümkün ola bilər:

“Binaları seysmik davamlılığa uyğun inşa etməklə zəlzələlərin fəsadlarını minimuma endirmək mümkündür. Hər bir binanın tikintisində seysmik parametrlər nəzərə alınmalıdır. Əgər seysmoloqlar hansısa ərazini müəyyən intensivlik vahidi ilə qiymətləndiriblərsə, demək orada tikinti zamanı seysmik standartlar nəzərə alınmalıdır. Bildiyimiz kimi ən güclü zəlzələlər Yaponiyada baş verir. Buna qarşı orada möhkəm binalar inşa olunub, tikintidə müasir texnologiya və yanaşmalar tətbiq edilir”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az