Mədəniyyət

Vidadi Həsənov əməliyyat olundu

Vidadi Həsənov əməliyyat olundu

Xalq artistiVidadi Həsənov əməliyyat olunub.

Bubarədə sənətçi Bakupost.az-a açıqlamasında bildirib:

“Bir ay əvvəl sol gözümdə problem yarandı. Demək olar ki, görmürdüm. Müayinə zamanı göz dibində at nalı qopmasıdiaqnozu qoyuldu. Dünən əməliyyat etdirdim”.

Aktyor hazırda özünü yaxşı hiss etdiyini qeyd edib:

“Bu gün səhər tezdən öz fəaliyyətimlə məşğulam. Özümü çox yaxşı hiss edirəm, sol gözümün görmə qabiliyyəti isə bərpa olunmaqdadır”.

NE
Nihadə Eyyubova