Kriminal Özəl

İdman zalında nəzarətçi ilə usta arasında dava —TƏFƏRRÜAT

İdman zalında nəzarətçi ilə usta arasında dava —TƏFƏRRÜAT

Abşeron rayonunda 1996-cı il təvəllüdlü Orxan aralarında yaranan münaqişə zamanı Anara xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Orxan hadisədən əvvəl təxminən bir aydır ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində “Elmar” marketin yaxınlığında yerləşən idman zalında podratçı nəzarətçi işləyir:

“Həmin obyektin sahibi Altay müəllim məni həmin obyektə nəzarətçi kimi təyin etmişdi. Həmin obyektdə usta işləyən Anar adlı şəxs son 3 gün idi ki, işə gecikmiş və işini gün ərzində tam görməyib çıxıb getmişdi. Anar adlı ustaya işlə bağlı ümumilikdə 1260 manat pul ödəsəm də, sonuncu həmin pulun müqabilində ümumilikdə 400 manat həcmində iş görmüşdü”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bu səbəbdən də Anarı 16 mart 2023-cü ildə iş yerinə dəvət edib onun gördüyü işin həcmini və miqdarını hesablamağa başlayıb: “Həmin vaxtı sözügedən ərazidə, yəni Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində “Elmar” marketin yaxınlığında yerləşən idman zalında Anar adlı şəxs məni təhqir etməyə başladı. Bu səbəbdən də aramızda sözlə mübahisə düşdü. Belə olduqda təpiklə onun qoluna vurdum və aralaşdıq. Lakin Anar məni yenidən söyüb təhqir etdiyi üçün əlimdəki plastik metrəni onun üstünə atdım. Həmin metrə onun başına dəydi və başından zədə aldı. Bundan sonra Anar başından zədə alması ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verməsi ilə bağlı məlumat aldım”.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Orxanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova