Sosial Özəl

Sevmədiyiniz iş psixologiyanıza necə təsir göstərir?

Sevmədiyiniz iş psixologiyanıza necə təsir göstərir?

Deyirlər ki, çalışın, həyatda üç şeyi doğru seçin – həyat yoldaşınızı, işinizi və dostlarınızı. Tez-tez işindən narazı insanlarla qarşılaşırıq. Çox adam sevmədiyi işdə çalışır, ya məcburiyyətdən, ya da digər səbəblərdən.

Psixoloq Fərqanə Mehmanqızı Demokrat.az-a açıqlamasında deyib ki, işini sevməyən insanları birləşdirən bir neçə ortaq cəhət var – aqressivlik, tükənmişlik, yorğunluq:

Sevmədiyiniz iş psixologiyanıza necə təsir göstərir?

“Bir çox insan maddi problemlər ucbatından sevmədiyi işdə çalışmağa məcbur olur. Bu da onların getdikcə aqressivləşməsinə gətirib çıxarır. Özlərinə, ətraflarına, cəmiyyətə daim neqativ münasibət bəsləyirlər. Özlərinə güvəni azalır, özlərini təsdiq edə bilmirlər. Buna görə də mənəvi və psixoloji dəstəyə ehtiyacları olur. İstəmədiyi həyatı yaşayan insan tükənmişlik sindromundon əziyyət çəkir. İşindən zövq ala bilməyənlər digərləri ilə müqayisədə daha tez yorulurlar, fiziki aktivlikləri azalır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova