Dünya Özəl

Hindistanda buzlaq gölü daşdı: 41 ölü

Hindistanda buzlaq gölü daşdı: 41 ölü

Hindistanda çayın üzərində yerləşən su elektrik stansiyasının bənd qapıları daşqın nəticəsində açılıb. Bütün körpülər su altında qalaraq dağılıb.

Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Bildirilib ki, Çin və Nepal sərhədləri yaxınlığında yüksək hündürlükdə olan buzlaq gölü daşıb, daha sonra bölgədəki su elektrik bəndinin örtükləri partlayıb. Bu da bölgədə fəlakətə səbəb olub.

Təbii fəlakət nəticəsində azı 41 nəfər həlak olub. Minlərlə insan ərazidən təxliyə edilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova