Milli Məclisin bu gün keçirilən iclasında Avropa Parlamentinin 2023-cü il 5 oktyabr tarixli qətnaməsi ilə əlaqədar bəyanat müzakirəyə çıxarılıb.
Demokrat.az xəbər verir ki, müzakirələrdən sonra bəyanat səsverməyə çıxarılaraq qəbul edilib.
*** 09:45
Bu gün Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsinə cavab olaraq bəyanat qəbul edəcək.
Demokrat.az xəbər verir ki, məsələ parlamentin oktyabrın 6-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.
Qeyd edək ki, Avropa Parlamenti oktyabrın 5-də Azərbaycanla bağlı qərəzli qətnamə qəbul edib.


