Hadisə

Bakıda yanğın baş verdi - 7 nəfər binadan təxliyə olundu

Bakıda yanğın baş verdi - 7 nəfər binadan təxliyə olundu

Bakının Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində karton taralar 6 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, yanğın zamanı tüstülənmiş mənzillərdən 7 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

D
demokrat.az