Dünya Özəl

Bayden Qətər şeyxinə zəng etdi

Bayden Qətər şeyxinə zəng etdi

ABŞ prezidenti Co Bayden Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani ilə telefon danışığı aparıb.

Demokrat.az xəbər verir ki, bu barədə Ağ Evdən verilən yazılı açıqlamada bildirilib.

Açıqlamaya görə, liderlər danışıq zamanı regional və qlobal problemlərin həlli üçün birgə işləməyə sadiq olduqlarını bəyan ediblər.

Həmçinin Bayden Qətərin İranla məhbus mübadiləsi çərçivəsində danışıqlara verdiyi dəstəyə görə təşəkkür edib.

İki lider, eyni zamanda daha dinc, təhlükəsiz, firavan və sabit Yaxın Şərq regionu üçün ortaq baxışlarını inkişaf etdirməyi müzakirə ediblər.

Aysu Demokrat.az

D
demokrat.az