Gündəm

Arayik Bakıda dindirilib, səhhəti yerindədir — Vəkildən açıqlama

Arayik Bakıda dindirilib, səhhəti yerindədir — Vəkildən açıqlama

Ötən gün saxlanılan Qarabağda erməni separatçılarının yaratdığı qondarma rejimin keçmiş “rəhbəri” Arayik Arutyunyanın vəkili məlum olub.

Demokrat.az xəbər verir ki, vəkil Alov Səfərəliyev özünün sosial media hesabında Arutyunyanın müdafiəçisi kimi onun dindirilməsində iştirak etdiyini yazıb.

Arayik Bakıda dindirilib, səhhəti yerindədir — Vəkildən açıqlama

O bildirib ki, A.Arutyunyanın səhhəti və psixoloji durumu yerindədir.

“Təkcə onu deyə bilərəm ki, onun dedikləri bir çox məsələlərin açılmasına kömək olacaq. Müdafiəmizi Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq konvensiyaların tələblərinə və vəkil etikasına uyğun olaraq quracayıq. Bir sözlə, peşə borcumuzu vicdanla yerinə yetirəcəyik”, - Alov Səfərəliyev qeyd edib.

D
demokrat.az