Sosial

Bakının mərkəzində su olmayacaq

Bakının mərkəzində su olmayacaq

Səbail rayonunun mərkəzi hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Demokrat.az-a Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Bildirilib ki, su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün ərzində Səbail rayonunun mərkəzi hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Agentlik yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.

D
demokrat.az