Gündəm Özəl

"Makron guya özünü ermənilərin himayəçisi kimi aparır" — AÇIQLAMA

Makron guya özünü ermənilərin himayəçisi kimi aparır — AÇIQLAMA

Fransa parlamentinin Azərbaycanla Dostluq Qrupu fəaliyyətini dayandırıb. Bu barədə qrupun rəhbəri Pyer Vatin bildirib.

Politoloq Əhəd Məmmədli Demokrat.az-a açıqlamasında Fransa hökumətinin bu addımının göstərişdən başqa bir şey olmadığını deyib:

“Ruslar demiş, Fransa indi öz pis oyununa yaxşı don geydirməyə çalışır. Hər şeyi uduzub. İndi Makron Fransadakı Ermənistan diasporunun gözündə, ermənilərin gözündə guya özünü sonadək ermənilərin himayəçisi kimi aparır. Azərbaycana bunun heç bir əhəmiyyəti və təsiri yoxdur. Fransa ilə münasibətlər onsuz da kifayət qədər gərgin idi. Bir o qalıb ki, səfirliklər bağlansın. Hətta deyim ki, qısa müddət sonra bu Dostluq Qrupu yenidən qurulacaq. Sadəcə protokol qaydası bir addım idi, demək istəyirlər ki, Fransa hökuməti sona qədər Ermənistanın və ermənilərin yanındadır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova